Ödənişli yollardan istifadə edən sürücülərin NƏZƏRİNƏ - 150 manat cərimə
Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələr müəyyən edilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni maddə Milli Məclisin dekabrın 10-da keçirilən iclasında müzakirəyə çıxarılıb.
Maddəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə yüz əlli manat məbləğində cərimə edilir.
Həmçinin, buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə iki yüz manat məbləğində cərimə edilir.
Layihə səs qoyularaq birinci oxunuşda qəbul olunub.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Dekabrın 16-da Xaçmazın 27 kəndində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İs...