Nuridə Məmmədova direktor vəzifəsindən azad olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) PHŞ-nin direktoru Nuridə Rafiq qızı Məmmədovanın işdən azad olunmasına səbəb yaşayış yerini dəyişməsi olub.
Belə ki, o, öz istəyi və ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.
N.Məmmədova əmək fəaliyyəti dövründə bir sıra rəhbər vəzifələrdə çalışıb. O, 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.
2025-ci ilin avqust ayından Lənkəran RMX PHŞ-nin direktoru vəzifəsinə təyin olunub.
Oxşar xəbərlər
Qarabağda BÖYÜK LAYİHƏ: 17.5 milyonluq memorial kompleks tikiləcək
Füzuli şəhərində Memorial Kompleksin tikintisi həyata keçiriləcək. BAKU.WS-in məlumatına görə, bununla bağlı "Əsaslı Tikinti və Təchizat" MMC tərəfindən satına...