İnsanlar ucuz evlər üçün ASAN xidmətə axın etdi

İnsanlar ucuz evlər üçün ASAN xidmətə axın etdi
Sosial 5855

"Güzəştli mənzil” elektron sistemi fəaliyyətə başlayanadək vətəndaşların rahatlığını təmin etmək məqsədilə martın 10-dan etibarən sistemin əsas prinsipləri barədə məlumatlandırılma işi Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt "ASAN xidmət” mərkəzində həyata keçirilir.

BAKU.WS xəbər verir ki, bu barədə  Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, agentliyin tabeliyində fəaliyyət göstərən "MİDA” MMC-nin və "ASAN xidmət”in əməkdaşlığı nəticəsində ilk 3 gün ərzində ümumilikdə 2572 vətəndaşa xidmət göstərilib.

Bunlardan 1735 nəfər "ASAN xidmət” mərkəzlərinə müraciət edərək, 837 nəfər isə "108” Çağrı mərkəzinə zəng etməklə, güzəştli mənzilin əldə edilməsi ilə bağlı ətraflı məlumat əldə edə bilib.

"ASAN xidmət” mərkəzlərinə gələ bilməyən vətəndaşlara isə "108” Çağrı mərkəzi vasitəsilə xidmət göstərilir. Müraciətlərin qəbulu işinin səmərəli təşkili məqsədilə müsabiqə əsasında seçilən və agentliyin təşkil etdiyi xüsusi təlimlərdə iştirak etmiş gənc kadrlar işə cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ölkə vətəndaşlarının güzəştli mənzillərlə bağlı suallarının "ASAN xidmət” mərkəzlərində cavablandırılması prosesini uğurla davam etdirir.

BAKU.WS

Oxşar xəbərlər

Sosial mənzillərlə bağlı yeni prosesə start verilir

Sosial mənzillərlə bağlı yeni prosesə start verilir

Sosial mənzillərlə bağlı vətəndaşların daha ətraflı məlumatlandırılması üçün sabahdan etibarən yeni prosesə start verilir. BAKU.WS İstiPress-ə istinadən xəbər...

1695 Sosial 22:33 09 mart 2017

Son xəbərlər