Nəqliyyat Nazirliyinin çoxsaylı səlahiyyətləri yeni yaradılmış quruma verildi (300 işçi ixtisara düşdü)

Bu gün Azərbaycanda çox adamı bir sual maraqlandırır. Görəsən vaxtilə böyük işçi qüvvəsi olan Nəqliyyat Nazirliyinin aqibəti necə olacaq?
BAKU.WS olaraq bu suala cavab tapmağa çalışdıq. İlk öncə onu deyək ki, 2006-cı ildən ölkə ərazisində bir çox səlahiyyətlər əldə edən qurum illər ötdükcə sübut etdi ki, ona etibar olunan səlahiyyətlərin öhdəsindən layiqincə gələ bilməyib.
Qurumun tərkibində olan dəmiryolu sahəsi dağılmağa başladı. Dəmiryolları yavaş-yavaş sıradan çıxır, qatar və vaqonlar dağılırdı. Məhz bunun nəticəsindir ki, nazirliyin tərkibindəki ən vacib qurum olan "Azərbaycan Dəmir Yolları” QSC nazirliyin əlindən alındı. Bu barədə "Dəmiryolunu Ziya Məmmədovun əlindən aldılar” adlı xəbərdə ətraflı məlumat vermişdik.





Xatırladaq ki, metronun "20 yanvar” stansiyasındakı keçid də Nəqliyyat Nazirliyinin balansındadır.
Ekspertlər də hesab edirlər ki, Nəqliyyat Nazirliyi son günlərini yaşayır. Bundan sonra nə nazir Ziya Məmmədovun, nə də nazirliyin yenidən nəqliyyat sahəsinə nəzarət etməsi mümkün deyil. Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov BAKU.WS-ə açıqlamasında bildirib ki, hazırda nazirliyin üzərinə düşən fəaliyyət və funksiyalar müvəqqəti xarakter daşıyır."Nəqliyyat Nazirliyi çox səhv siyasət yürüdürdü. İstər paytaxtda, istərsə rayonlarda gördüyü işlər əhaliyə xidmət etməyə deyil, pul qazanmağa hesablanmışdı. Onlar yalnız bir şeyi düşünürdülər, nəqliyyatdan bacardıqca çox gəlir əldə etsinlər. İndi Nəqliyyat Nazirliyinin bundan sonra iş baxımında vəziyyəti düzəltməyə heç bir şansı yoxdur”, - deyə Məzahir Rüstəmov bildirib.
Əminik ki, yeni yaradılan Bakı Nəqliyyat Agentliyi Nəqliyyat Nazirliyinin illərdir öhdəsindən gələ bilmədiyi işləri çox yüksək səviyyədə həyata keçirəcək. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
“Azərbaycan Dəmir Yolları” QSC-dən “ölü işçi”lərin təmizlənməsinə başlanıldı
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində böyük islahatlar aparılıb. BAKU.WS-in məlumatına görə, islahatlar yeni sədr Cavid Qurbanov təyin olunand...
