Novruz bayramında 9 gün iş olmayacaq

Novruz bayramında 9 gün iş olmayacaq
Sosial 3474

İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qeyd edək ki, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür.

Beləliklə, 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirildiyi və 28 mart şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramında 9 gün iş olmayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Novruz bayramında bir həftə iş olmayacaq

Novruz bayramında bir həftə iş olmayacaq

Bu il Novruz bayramında bir həftə iş olmayacaq. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-...

2554 Sosial 18:01 03 fevral 2020

Son xəbərlər