Novruz bayramında bir həftə iş olmayacaq

Novruz bayramında bir həftə iş olmayacaq
Sosial 2550

Bu il Novruz bayramında bir həftə iş olmayacaq.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır.

Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür.

Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.

Eyni zamanda 8 mart - Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, martın 9-u qeyri-iş günü olacaq.

Oxşar xəbərlər

Novruz bayramı ilə əlaqədar məktəblərdə tətil günləri açıqlanıb

Novruz bayramı ilə əlaqədar məktəblərdə tətil günləri açıqlanıb

Təhsil Nazirliyi Novruz bayramı ilə bağlı məktəblərdə qeyri-dərs günlərini açıqlayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 201...

2573 Sosial 12:03 18 mart 2017

Son xəbərlər