Növbəti köç karvanı Ballıca kəndinə çatıb, açarlar təqdim edilib

Növbəti köç karvanı Ballıca kəndinə çatıb, açarlar təqdim edilib
Foto
Sosial 92

Xocalı rayonunun Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

Qeyd olunub ki, indiyədək Xocalının Ballıca kəndində 180 ailə - 840 nəfər məskunlaşıb. Ümumilkdə bugünkü köç də daxil olmaqla, 902 nəfərdən ibarət 197 ailə kəndə qayıdıb.

Xocalı şəhəri, Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində hazırda 1433 nəfərdən ibarət 327 ailə yaşayır.

*** 13:24

Yola salınan növbəti köç karvanı Xocalı şəhərinə və Ballıca kəndinə çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Xocalı rayonu Ballıca kəndinə 62 nəfərdən ibarət 17 ailənin köçürülməsi həyata keçirilib.

Sakinlər Ballıca kəndində dövlətin dəstəyi ilə inşa edilən tam təmirli evlərə yerləşdiriləcək. Burada onlar üçün hər cür şərait yaradılıb - su, işıq, qaz, internet bağlantısı, məktəb, tibb məntəqəsi və digər sosial infrastruktur artıq istifadəyə verilib.

*** 12:05

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə doğma yurdlarına 62 nəfərdən ibarət 17 ailə göndərilib.

Kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

Son xəbərlər