Növbəti 5 gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

Növbəti 5 gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
Sosial 277

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, martın 18-23-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Ağstafa, Tovuz, Gəncə, Göygöl, Qazax, Ceyrançöl, Şəmkir, Samux, Gədəbəy, Naxçıvan MR, Beyləqan, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, İmişli, Salyan, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Masallı, Mingəçevir, Şirvan, Hacıqabul, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax, Şabran, Qusar, Siyəzən, Xızı, Xaçmaz, Ağcabədi, Altıağac, Göyçay, Ağdaş, Yevlax, Tərtər və Bərdədə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Cəlilabad, Lerik, Yardımlı, Neftçala, Daşkəsən, Şəki, Goranboy, Qobustan, Kəlbəcər, Laçın və Zəngilanda da şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Qeyd: Bakıda və Abşeron yarımadasında isə martın 19-dan 23-dək fasilələrlə şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Oxşar xəbərlər

Gəncədə avtobusun içində qızdırıcı "soba" hava filtri rolunu oynayıb - AYNA

Gəncədə avtobusun içində qızdırıcı "soba" hava filtri rolunu oynayıb - AYNA

Məsələ ilə əlaqədar AYNA-nın Gəncə Regional İdarəsində araşdırma aparılıb. BAKU.WS-ə AYNA-dan verilən məlumata görə, avtobusun salonundakı sözügedən qurğu hava...

219 Sosial 13:35 21 aprel 2025

Son xəbərlər