Nəsimi Nəbizadə ilə gündəmə gələn qalmaqallı reabilitasiya mərkəzinə cinayət işi açıldı
Sumqayıt şəhərində fəaliyyət göstərən "Qurtuluş" reabilitasiya mərkəzi barədə cinayət işi başlanılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, reabilitasiya mərkəzi barədə araşdırma aparılıb.
Şikayət əsasında Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı reabilitasiya mərkəzində qanunsuzluqlar aşkar edilib. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
Xatırladaq ki, adıçəkilən reabilitasiya mərkəzi bir müddət öncə Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi. N.Nəbizadə bir neçə gün öncə mərkəzi tərk edib.
Oxşar xəbərlər
Bakıda balıq bahalaşdı - Ən ucuz və ən baha neçəyədir? - QİYMƏTLƏR
Son günlər paytaxt Bakıda balıq məhsullarının qiymətində artım müşahidə olunur. Satıcılar və alıcılar bahalaşmanı artıq açıq şəkildə hiss etdiklərini bildirirlə...