"Nərimanov rayonunda ağaclar kəsilir" - Sakin ŞİKAYƏTİ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərinin Nərimanov rayonunda ağacların kəsildiyi iddia olunub.
Bu barədə Oxu.Az-a ünvanlanan şikayətdə sakin qeyd edib.
O bildirib ki, Uluqbəy küçəsi, 127 ünvanında artıq bir neçə gündür ağaclar kəsilir: "Bu ağaclar neçə ildir burada idi. Ağacları kəsmək əvəzinə onu çıxarıb başqa ərazilərə köçürmək olardı".
Sözügedən ünvanda ağacların köçürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəy verilib.
Sənəddə qeyd olunur ki,Ş həmin ünvanda yol çəkilməsi ilə əlaqədar olaraq ağaclar götürülür və başqa əraziyə köçürülür. Yol çəkilməsi ilə bağlı işlər yekunlaşdıqdan sonra ərazidə yeni ağaclar əkiləcək.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...