Nərə və kütümün sayı çoxalacaq? - RƏSMİ AÇIQLAMA
Balıq ehtiyatlarının azalması və bəzi növlərin təbii mühitdə sayının getdikcə aşağı düşməsi son illər müzakirə olunan əsas problemlərdən biridir. Xüsusilə nərəcinsli və digər qiymətli balıq növlərinin qorunması və bərpası məsələsi gündəmdə qalır.
Bu səbəbdən ölkədə balıq populyasiyasının artırılması və təbii su hövzələrinin bərpası istiqamətində müxtəlif tədbirlər görülür.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, dövlətə məxsus 3 balıqartırma müəssisəsində nərəcinsli balıqlar, çəkikimilər, kütüm və qızılbalıq növlərinin yetişdirilməsi həyata keçirilir:
"Bu müəssisələrdə yetişdirilən körpə balıqlar hər il daxili su hövzələrinə və Xəzər dənizinə buraxılır. Bununla yanaşı, dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl akvakultura təsərrüfatlarında yetişdirilən balıqların da dövlət dəstəyi ilə təbii su hövzələrinə buraxılması həyata keçirilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə bir ayda 460 mina, 3410 PHS aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aprel ayı üzrə məlumat açıqlanıb. A...