“Neptun Market” alıcıları aldadır (FOTO)
Bakıda yenə də bəzi supermarketlər alıcıları aldadır. Satılan malların üstündəki qiymətlərlə kassalarda alıcılardan tələb edilən məbləğ arasında fərqlər müşahidə edilir.
BAKU.WS-in məlumatına görə, redaksiyamıza daxil oaln şikayətə əsasən Həsənoğlu 4 ünvanında yerləşən "Neptun Market”də malların vitirindəki qiymətlərilə kassaya vurulan qiymətlər arasında fərqlər olduğu bildirilir. Maraqlıdır ki, həmin fərqlər alıcıların ziyanınadır.
Qeyd edək ki, "Neptun Market”lə bağlı daha bir şikayət Şəmsi Bədəlbəyli küçəsindəki filialdan gəlib. Həmin ünvanın müştərilərindən biri marketdə satılan yeməklərin üzərində milçəklərin qaynaşdığını bildirib. Şikayətçinin sözlərinə görə, marketdə milçək qovan aparat quraşdırılsa da bu heç nəyi dəyişmir. Vətəndaş bir-neçə dəfə bununla bağlı şikayət etsə də vəziyyətin eyni qaldığını deyir.
Xatırladaq ki, bundan öncə də eyni problemlərlə bağlı ətraflı məlumatlar verilmişdi. "Favorit” və digər marketlərdə belə halların olduğu barədə məlumatlar vermişdik.
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Smartfonlarla bağlı şok məlumat
"Blancco Technology Group” və "Kroll Ontrack” şirkətlərinin keçirdiyi qlobal tədqiqatın nəticələrinə görə, "Amazon”, "eBay” və” Gazelle.com” internet mağazaları...