"NEO Motors" "Li Auto"ya görə "Efendiler" şirkətindən üzr istədi

Yaranmış anlaşılmazlığın əsas səbəbi telefon danışıqları zamanı "Li Auto" nümayəndələrinin son ana qədər "Efendiler" şirkəti ilə distribyutorluq sazişinin imzalanmasını inkar etməsi olub. Bu səbəbdən "Efendiler" şirkətindən yaranmış anlaşılmazlığa görə üzr istəyir və onları "Li Auto"nun Azərbaycandakı rəsmi distribyutoru statusunu əldə etmələri münasibətilə təbrik edirik.
Bundan öncə "NEO Motors" tərəfindən təqdim olunmuş materialda qeyd olunurdu ki, "Li Auto" avtomobillərinin Azərbaycan ərazisində distribyusiyası üzrə heç bir şirkətin eksklüziv hüquqları yoxdur.
Bu gün "NEO Motors" yeni rəsmi açıqlama yayıb.
BAKU.WS Marja.az-a istinadən açıqlamanı təqdim edir:
"Bundan öncə yayımladığımız materialda qeyd olunurdu ki, "Li Auto" avtomobillərinin Azərbaycan ərazisində distribyusiyası üzrə heç bir şirkətin eksklüziv hüquqları yoxdur. Lakin "Li Auto" nümayəndələrinin "NEO Motors" ofisinə səfərindən sonra məlum oldu ki, bizə təqdim edilən məlumat şirkət tərəfindən qeyri-dəqiq şəkildə çatdırılıb.
Aydın olub ki, yaranmış anlaşılmazlığın əsas səbəbi telefon danışıqları zamanı "Li Auto" nümayəndələrinin son ana qədər "Efendiler" şirkəti ilə distribyutorluq sazişinin imzalanmasını inkar etməsi olub. Nəticədə biz mövcud olan məlumatlara əsaslanaraq hərəkət etmişik. "NEO Motors" olaraq obyektivlik və dəqiqliyi informasiya siyasətimizin əsas prinsipləri kimi qəbul edirik və yeni şəraitə uyğun olaraq açıqlamalarımızı vaxtında dəqiqləşdirməyə hazırıq.
Bu səbəbdən "Efendiler" şirkətindən yaranmış anlaşılmazlığa görə üzr istəyir və onları "Li Auto"nun Azərbaycandakı rəsmi distribyutoru statusunu əldə etmələri münasibətilə təbrik edirik. Onlara bazarın inkişafında uğurlar arzulayırıq və əminik ki, onların fəaliyyəti ölkəmizdə elektromobillərin geniş yayılmasına mühüm töhfə verəcək.
"NEO Motors" daim ədalətli və şəffaf rəqabətin tərəfdarıdır və avtomobil sənayesində innovativ texnologiyaların inkişafını dəstəkləyir. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcək, Azərbaycanın elektromobil bazarının daha da güclənməsinə və inkişafına töhfə verməyə çalışacağıq".
Oxşar xəbərlər
600 manatlıq hədiyyəyə dilənçi payı deyən məktəb direktoru İŞDƏN ÇIXARILDI
Bakıda məktəb direktoru fəaliyyətindəki nöqsanlara görə işdən azad olunub. Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyind...
