Neftçilər Günü ilə bağlı "Dörd dost" adlı videoçarx hazırlandı

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə hər il sentyabrın 20-si ölkəmizdə Neftçilər Günü kimi qeyd olunur. Neft Daşlarında ilk neftin çıxarılmasının 75-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Dörd dost" adlı videoçarx hazırlayıb.
BAKU.WS xəbər verir ki, videoçarxda neftçi Bəxtiyar Muradovun taleyindən bəhs edən "Bəxtiyar" filminin müasir versiyada səhnələri canlandırılıb.
Film "Neft Daşları"nda müxtəlif sahələrdə çalışan 4 dost neftçinin həyatından bəhs edir. Filmdə məşhur "Bəxtiyar" filmindən bəzi süjetlər təkrarlanır. Əsas məqsəd zəhmətkeş neftçilərin əzmkar fəaliyyətini təqdim etmək və şirkətin əsas prinsiplərindən olan "SOCAR Ailəsi" yanaşmasını izləyicilərə çatdırmaqdır. Dostluq, ailə mühitində çalışmaq hər bir uğur hekayəsinin təməlini təşkil edir.
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
308 nömrəli məktəbdə "Son zəng"ə görə pul tələb olunmasına dair iddialara aydınlıq gətirilib
"308 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə vəsaitin tələb olunmasına dair iddialar həqiqəti əks etdirmir". BAKU.WS xəbər verir ki, bunu Bakı Şəhər...
