Neftçalada Vətən müharibəsi şəhidinin xatirə abidəsi açıldı - FOTO

Neftçalada Vətən müharibəsi şəhidinin xatirə abidəsi açıldı - FOTO
Foto
Sosial 105

Neftçala rayonunda Vətən müharibəsi şəhidi Kəlbiyev Telman Yadigar oğlunun xatirə abidəsinin açılışı olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, mərasimdə şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.

Tədbirdə iştirak edənlər T.Kəlbiyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsini böyük ehtiramla yad ediblər.

Sonra şəhidin xatirəsinə ucaldılmış abidənin açılışı olub.

Şəhidin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər