Neft Fondu mayda valyuta satışını azaldıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən cari ilin may ayında satılan vəsaitin həcmi açıqlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, 2020-ci ilin may ayı ərzində ARDNF tərəfindən 334 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
Bu, cari ilin aprel ayı ilə müqayisədə 37,1%, ötən ilin may ayı ilə müqayisədə isə 5,2% azdır.
Bu ilin yanvar-may aylarında ARDNF tərəfindən 3 637 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56,2% çoxdur.
Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin yanvar-may aylarında 2 327,7 mln. ABŞ dolları məbləğində valyuta satıb.
Oxşar xəbərlər
Pandemiyadan zərər çəkmiş sahələrə dövlət büdcəsindən nə qədər vəsait ayrıldığı AÇIQLANDI
Pandemiyadan zərər çəkmiş sahələrə dövlət büdcəsindən 533 milyon manatdan çox maliyyə dəstəyi göstərilib. Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhb...