İndiyədək Azərbaycanda 2589 nəfər koronavirusa yoluxub, 1680 sağalıb, 32 nəfər ölüb

İndiyədək Azərbaycanda 2589 nəfər koronavirusa yoluxub, 1680 sağalıb, 32 nəfər ölüb
Sosial 385

İndiyə qədər ölkəmizdə 2589 nəfər koronavirus infeksiyasına yoluxub.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, onlardan 1680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 197.545 test aparılmışdır.

Son xəbərlər