Nazirlikdən qəza-xilasetmə ilə bağlı AÇIQLAMA: Üç azyaşlı xilas edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın və qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.
FHN-dən BAKU.WS-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış, dörd halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində üçü azyaşlı olmaqla beş nəfər xilas edilib.
Oxşar xəbərlər
Bakıda zavodda nöqsanlar aşkarlandı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 4 ünvanında yerləşən...