Nazirlikdən məktəbli formaları ilə bağlı valideynlərə VACİB MÜRACİƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.
Elm və Təhsil Nazirliyindən BAKU.WS-ə bildirilib ki, həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Bildirilib ki, ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.
"Övladınızın təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərsiniz. Yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etməyiniz tövsiyə olunur" - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Övladı məktəbə gedən hər kəsin DİQQƏTİNƏ - Növbəti ildən...
“Köhnə məktəbli formaları artıq tarixə qovuşdu. 2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Elm və Təhsil Nazir...