Nazirlikdə iki direktor və 20 əməkdaş işdən qovulub

Nazirlikdə iki direktor və 20 əməkdaş işdən qovulub
Sosial 2118

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq 2016-cı ilin dekabr və 2017-ci ilin yanvar aylarında nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən Masallı, Zaqatala və Qusar Meşə Mühafizəsi və Bərpası müəssisələrində meşələrin mühafizə vəziyyəti araşdırılıb.

BAKU.WS-nin məlumatına görə, aparılan araşdırma zamanı sözügedən müəssisələrdə meşələrin qorunub mühafizə olunması sahəsində bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub. Yol verilən nöqsanlar Meşələrin İnkişafı Departamentində həmin müəssisələrin cavabdeh meşə mühafizə işçilərinin iştirakı ilə müzakirə edilib və müvafiq tədbirlər görülüb.

Belə ki, meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə, xidməti ərazilərində ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru, müəssisənin Qəriblər meşəbəyliyinin meşəbəyisi və 5 meşə gözətçisi tutduqları vəzifədən azad edilib. Digər cavabdeh meşə mühafizə işçiləri barəsində intizam tənbehi tədbirləri görülüb. Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Car meşəbəyliyinin meşəbəyisi və meşəbəyi köməkçisi, həmçinin 6 meşə gözətçisi işdən azad olunub. Müəssisənin direktoru və digər cavabdeh meşə mühafizə işçiləri barəsində müxtəlif intizam tənbehi tədbirləri görülüb. Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsində də cavabdeh şəxslər barəsində qanunamüvafiq intizam tənbehi tədbirləri görülüb. Müəssisənin direktoru, baş meşəbəyi, meşəbəyi köməkçisi və 4 gözətçi tutduqları vəzifədən azad olunublar. Bu istiqamətdə araşdırmalar digər müəssisələrdə də aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda vətəndaşlara 800 manat mükafat veriləcək

Azərbaycanda vətəndaşlara 800 manat mükafat veriləcək

Azərbaycanda yaşıllıqların mühafizəsi sahəsində müxtəlif iqtisadi həvəsləndirmə tədbirləri tətbiq ediləcək. Nazirlər Kabinetindən BAKU.WS-ə verilən məlumata gö...

25424 Sosial 13:30 03 noyabr 2016

Son xəbərlər