Nazirlik yoxsul ailəni işlə təmin etdi
08
fev
2019
11:46
Yerli mətbuatda Gəncə şəhərinin "Aliminiumçular bağ massivi” adlandırılan ərazisində məskunlaşan bir ailənin çətin şəraitdə yaşaması barədə məlumatlar yayımlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov BAKU.WS-ə açıqlamasında həmin ailə ilə bağlı artıq tapşırıqlar verildiyini bildirdi:"Bununla əlaqədar ilk növbədə ailə başçısı Taleh Məmmədovun işlə təminatına köməklik üçün o, yerli Məşğulluq Mərkəzinə dəvət edilib. T.Məmmədova “İşsizin DOSTu” proqramı çərçivəsində ödənişli ictimai işə cəlb edilməsi təklif olunub. Vətəndaş razılaşaraq onunla əmək müqaviləsi bağlanılıb. Artıq o, işsiz deyil.Eyni zamanda ailənin aztəminatlı olduğu nəzərə alınmaqla ünvanlı sosial yardımla təmin olunması üçün hüquqları və müraciət prosedurları izah olunub. Ailənin təmsilçisi tərəfindən sosial yardım üçün e-qaydada müraciət olunacaq. Bunun üçün ona texniki köməklik də göstəriləcək".BAKU.WS
Oxşar xəbərlər
Ötən il 15 minə yaxın gənc işlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirlən aktiv məşğuluq tədbirlərinin əsas hədəflərindən biri də...