İfrat təhlükəli hidrometroloji hava proqnozu ilə bağlı şirkətlərə XƏBƏRDARLIQ
16
yan
2019
12:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanvarın 16-dan başlayaraq ölkə ərazisində ifrat təhlükəli hidrometroloji hava proqnozu ilə bağlı işəgötürənlərə müraciət edib.BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.Qurum sözçüsü bildirib ki, nazirlik həmin günlərdə ölkə ərazisində açıq hava altında işləməyin təhlükəli olması barədə bütün işəgötürənlərə məlumat verib:"Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 16-dan 18-dək ölkə ərazisində ifrat təhlükəli hidrometroloji hava proqnozu verdiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə lazımi tədbirlər görüb. Bütün işəgötürənlərə xəbərdarlıq edilib ki, bu şəraitdə açıq havada işləmək məsləhət deyil".BAKU.WS
Oxşar xəbərlər
Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN!
“Yanvar ayının 17-də gözlənilən ifrat təhlükəli hidrometreoloji hadisə haqqında xəbərdarlıq çox güclü küləklə bağlıdır”.Bunu "Report"a açıqlamasında Ekologiya v...