Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN!

Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN!
Şou-biznes 46748
“Yanvar ayının 17-də gözlənilən ifrat təhlükəli hidrometreoloji hadisə haqqında xəbərdarlıq çox güclü küləklə bağlıdır”.Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.O bildirib ki, Ümumdünya Metrologiya Təşkilatının üzvü kimi Azərbaycanda da açıqlanan proqnozlar və xəbərdarlıqlar dünya təcrübəsində qəbul olunmuş meyarlara uyğun verilir: “Sabah üçün verilən ifrat təhlükəli hidrometreoloji hadisəni səciyyələndirən meyar küləyin maksimal sürətinin saniyədə 30 və daha çox olmasıdır. Bu Xəzər dənizinin akvatoriasına aiddir.Dalğanın hündürlüyünün 6-8 metr və daha çox olması meyarlara görə ifrat təhlükəli hidrometroloji hadisə kimi qiymətləndirilir. Hidrometrologiya xidmətinin vəzifə borcudur ki, meyarlara uyğun olaraq təhlükəli hidrometroloji hadisələri səciyyələndirsin və bu barədə müvafiq xəbərdarlıqları həm dövlət orqanlarına, həm müvafiq təşkilatlara göndərsin. Borcumuz eyni zamanda əhalini gözlənilən hava dəyişikliyi ilə bağlı məlumatlandırmaqdır”.Direktorun sözlərinə görə, sabah Azərbaycanda gözlənilən güclü küləyin sürəti dəniz akvatoriasında daha çox olacaq: “Abşeron yarımadasında sürəti 30 metrdən artıq güclü külək gözlənilir. Bu yarımada üçün çox güclü külək hesab edilir. Bu da o deməkdir ki, bəzi quru ağacların budaqları sına bilər və s. Sabah əhali diqqətli olmalıdır. Yaşlı adamlar ehtiyac yoxdursa çölə çıxmasınlar, valideynlər övladlarını nəzarətsiz çölə buraxmasınlar”.U.Tağıyeva deyib ki, ifrat təhlükəli hidrometreoloji hadisə rayonlarda çox yağıntı və qarla müşahidə olunacaq: “Rayonlarda temperatur kəskin enəcək”.O, insanların xəbər başlıqlarından təşvişə düşməmələrini, bunu normal qəbul etmələrini məsləhət görüb. Bildirib ki, insanlar hava dəyişikliyi ilə bağlı əvvəlcədən məlumatlı olmalıdır: “İndiyə kimi deyirdilər ki, “niyə bizə demirlər?”, “niyə xəbərdarlıq etmirlər?”, səbəb insanların təşvişə düşmə ehtimalı idi”.BAKU.WS

Son xəbərlər