Nazirlik yaşayış binasının fasadında yanar üzlüyün sökülməsi təmin edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən yanğın-texniki müayinə zamanı Şirvan şəhəri, T.İsmayılov küçəsi 25 ünvanında yerləşən 5 bloklu, beşmərtəbəli yaşayış binasının fasad hissəsinin yanar materialdan olan lambirindən istifadə olunaraq üzlənməsi faktı aşkar edilib.
Yaşayış binasının sakinlərinin yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yanar materialdan olan lambirin üzlüklərin sökülməsi üçün Şirvan Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq Xidmət tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində sözügedən yaşayış binasının fasadındakı yanar materialdan olan lambirin üzlüyün sökülməsi təmin olunub.
Qalereya
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə avtomobillərin parklanması pulsuz olacaq
Bakı şəhəri üzrə zonalar parklanma qiymətləri açıqlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Nəqliyyat vasitə...