Nazirlik rəsmisi: "İnternetə məhdudiyyətin ləğvinə dair yeni qərar yoxdur"
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan və Ermənistan arasında bu gün qüvvəyə minmiş atəşkəs humanitar məqsədlidir, yəni müvəqqətidir. İki ölkənin informasiya savaşı isə davam edir”.
Bunu BAKU.WS-ə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib.
Nazirlik rəsmisi bu barədə sentyabrın 27-dən ölkə üzrə internetin verilməsinə tətbiq edilmiş məhdudiyyətin ləğvi imkanlarına münasibət bildirərkən danışıb.
"Bildiyimiz kimi, Azərbaycan ərazisində internet var, sadəcə Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması üçün məhdudiyyət tətbiq edilib. Hələ ki, məhdudiyyətin ləğvinə dair yeni qərar yoxdur, veriləcək istənilən qərar ictimaiyyətə mətbuat vasitəsilə açıqlanacaq", - deyə o, qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...