Nazirlik: Müəllimlər spirt almağa məcbur edilə bilməz
Yeniliklərdən dərhal xəbərdar olun
“Bütün məktəblər sabahkı dərs gününə hazırdır. Hər bir məktəb dezinfeksiya olunub”.
BAKU.WS xəbər verir ki, bu fikirləri Modern.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Nazirlik rəsmisi müəllimlərin məcburi qaydada spirt məhsulları alması ilə bağlı iddialara da aydınlıq gətirib:
“Yayılan məlumatlar əsassızdır. Dövlət xətti ilə bütün məktəblərə tibbi məhlullar paylanılıb. Əgər hansısa müəllim çantasında spirt gətirərsə, buna bir söz deyə bilmərik. Ancaq müəllimlərin məcburi qaydada spirt alması xəbərləri doğru deyil”.
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...