Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Yevlax rayonunda şəhid Yusifbəyli Yusif Sabir oğlunun və şəhid Məmmədov Yusif Vaqif oğlunun ailələri ilə görüşüb.
BAKU.WS Nazirliyə istinadən xəbər verir ki, nazir müavini şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.
O, şəhid ailələrinin dəstək tədbirləri ilə əhatə olunmaları üçün geniş miqyaslı işlər aparıldığını diqqətə çatdırıb. Hər iki ailənin sosial vəziyyəti ilə tanış olan V.Nəsirli onların yaşayışlarının daim diqqətdə saxlanacağını bildirib.
Dəstək tədbirləri çərçivəsində həmin şəhid ailələri üçün özünüməşğulluq proqramı əsasında aktivlər verilməklə yeni yaradılmış təsərrüfatlara baxış olub.
Şəhid Y.Yusifbəylinin qardaşı Asif Yusifbəyli üçün qurulmuş broyler təsərrüfatı və şəhid Y.Məmmədovun atası Vaqif Məmmədov üçün yaradılmış parket və taxta döşəmə cilalanması sexi nəzərdən keçirilib.
Proqram iştirakçıları dövlətin bu dəstəyindən səmərəli şəkildə faydalanaraq, təsərrüfatlarını inkişaf etdirəcəklərini, bunun üçün səylə çalışacaqlarını bildiriblər. Onlar ailə təsərrüfatlarını qurmaq üçün göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qalereya
Oxşar xəbərlər
Sahil Babayev Gəncədə özünüməşğulluq proqramı əsasında yeni yaradılan təsərrüfatlara baxış keçirib
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə Gəncə şəhərində özünüməşğulluq proqramı ə...