Nazirlik: "Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyət yoxdur"

Nazirlik: Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyət yoxdur
Sosial 23

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, institutda çalışan əməkdaşlar da öz fəaliyyətlərini davam etdirməkdədirlər: "Eyni zamanda Botanika İnstitutunun Herbari fondu da elə yerləşdiyi binadadır. Bildiririk ki, müvafiq maddi-texniki bazası olan bina olduğu təqdirdə institutun həmin binaya köçürülməsi ilə bağlı qərar qəbul ediləcək. Hazırda hər hansı bir köçürülmədən söhbət getmir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər