Nazirlik Bakıdakı məktəb rəhbərliyinə GÖSTƏRİŞ VERDİ- FOTO

Nazirlik Bakıdakı məktəb rəhbərliyinə GÖSTƏRİŞ VERDİ- FOTO
Foto
Sosial 181

Nəsimi rayonu 35 nömrəli məktəbin həyətində ağacların quruması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov qeyd edib ki, sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb və məktəbin həyətindəki ağacların bioloji inkişafdan qaldığı məlum olub.

“Xidmətin əməkdaşlarının nəzarəti altında rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən qurumuş ağacların yerinə yeniləri əkilib və suvarma sistemi təşkil edilib. Ağaclara mütəmadi aqrotexniki qulluq göstərilməsi məqsədilə məktəbin rəhbərliyinə məcburi göstəriş verilib”

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər