Nazirlər Kabinetinin Mətbuat Xidmətinə yeni TƏYİNAT
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu vəzifəyə jurnalist İbrahim Məmmədov təyin edilib.
Qeyd edək ki, İbrahim Məmmədov 1964-cü ildə Zərdabda anadan olub.
Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar jurnalistidir. "Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında işləyib.
2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. 2006-cı ildən 2012-ci ilin fevralınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. 2012-ci ilin fevralından 2015-ci ilin sentyabrınadək AzTV-nin sədr müavini vəzifəsində çalışıb.
Bu günə qədər Region TV-nin sədr müavini olaraq çalışırdı.
Ailəlidir 2 övladı var.
Oxşar xəbərlər
"ASAN Xidmət"ə yeni təyin olunan sədr müavininin TƏRCÜMEYİ-HALI
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") sədrinin müavini vəzifəsinə təyi...