Anar Əliyev nazirliyin Aparat rəhbəri təyin edildi
03
avq
2018
15:09
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının yeni rəhbəri təyin olunub.BAKU.WS xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən, Əliyev Anar Rəhim oğlu nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub.A.Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi alıb.2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.Sahibkarlıq sahəsində lisenziya və icazələrin verilməsi, habelə azad iqtisadi zonalarla bağlı həyata keçirilmiş islahatlarda, müvafiq qanunvericilik aktlarının layihələrinin hazırlanmasında yaxından iştirak edib.Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.Hazırkı vəzifəsinə qədər isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri - nazirliyin Aparatının rəhbəri vəzifəsinin müvəqqəti icraçısı olub.Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.BAKU.WS
Oxşar xəbərlər
Nazirlər Kabinetinə YENİ TƏYİNAT
Nazirlər Kabinetinin Aparatında yeni təyinat olub.BAKU.WS APA-ya istinadən xəbər verir ki, baş nazirin Katibliyinin rəisi təyin edilib.Baş nazirin Katibliyinin...