Nazir müavini: Süni intellekt dövründə dil müxtəlif təzyiq və təhlükələrlə üz-üzədir

Nazir müavini: Süni intellekt dövründə dil müxtəlif təzyiq və təhlükələrlə üz-üzədir
Sosial 16

Süni intellekt və digər yeni anlayışlar dövründə dil müxtəlif təzyiq və təhlükələrlə üz-üzədir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Ana dili: kimlik və gələcək" gənclərin iştirakı ilə respublika konfransının açılış mərasimində deyib.

Onun sözlərinə görə, hazırda süni intellekt və digər yeni anlayışlar dövründə dil müxtəlif təzyiq və təhlükələrlərlə üz-üzədir.

"Dil dövlətçiliyin əsas atributlarından biridir. Məktəb təhsili dillərin qorunması və inkişafında əsas rol oynayır. Ailə və valideynlər isə bu istiqamətdə prioritet mənbədir. Valideynin vəzifəsi ana dilinin zənginliyini uşaqlara aşılamaqdır".

Nazir müavini çıxışının yekununda qeyd edib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən böyük vasitədir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər