Nazir: “Bu siniflərdə ciddi problemlər yarana bilər”
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan məktəblərində heç də bütün siniflərdə sıxlıq eyni dərəcədə təşkil edilmir. Hazırda 85 600 sinifdən 49 minində sinifdə şagird sayı 20 nəfərdən azdır. Azərbaycanda 40 nəfər və daha çox olan siniflərin sayı 311-dir".
BAKU.WS xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, sıxlıqlarla, sosial məsafələrlə bağlı vəziyyət yaxşılaşarsa, siniflərin ənənəvi formaya qayıtması məsələsi düzələr.
“Azərbaycanda 40 nəfər və daha çox olan siniflərin sayı 311-dir. Bizim sıxlıq olan siniflərdə ciddi problemlərimiz olacaq. Bu da azlıq təşkil edir. Həftədə 3 dəfə dərslərin açılması zərurətdən irəli gəlir. Pandemiya şəraitində ən vacib göstərici sıxlığın idarə olunmasıdır”, - deyə nazir bildirib.
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...