Naxçıvan-İğdır-Ərzurum marşrutu fəaliyyətə başladı
Son illər muxtar respublikada yol-nəqliyyat kompleksinə daxil olan qurumların fəaliyyətinin təşkili sahəsində ardıcıl tədbirlər görülüb. Bu tədbirlər 2017-ci ilin birinci rübündə də diqqətdə saxlanılıb, Naxçıvan-Bakı-Naxçıvan, Naxçıvan-Urmiya və Naxçıvan-Təbriz istiqamətlərində avtobus marşrutlarının fəaliyyəti davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu günlərdə isə Naxçıvan-İğdır-Ərzurum marşrutu fəaliyyətə başlayıb. Avtobus hər gün səhər saat 05:00-da Naxçıvan şəhər avtovağzalından yola düşür.
Sərnişinlər muxtar respublikada fəaliyyət göstərən bütün avtovağzallardan Naxçıvan-İğdır marşrutu üzrə 5, Naxçıvan-Ərzurum marşrutu üzrə isə 16 manata bilet əldə edə bilərlər.(AzərTAc)
BAKU.WS
Oxşar xəbərlər
Naxçıvanda heç kimin işıq pulu borcu yoxdur - CƏDVƏL
Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyi üzrə 2017-ci ilin fevral ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından t...