Naxçıvanda məşhur restoran aylardır maaş ödəmir? - İşçilərdən ŞİKAYƏT
Şahbuz rayonunda fəaliyyət göstərən "Batabat" restoranının əməkdaşları aylardır maaş ala bilmədiklərini söyləyirlər.
Müraciətlərinə baxılmadığını deyən şikayətçilər Naxçıvan şəhərinə gələrək etiraz ediblər.
"Həmin restoranda sürücü işləyirdim. 9 aydır ki, maaşımı ödəmirlər. Bununla bağlı aidiyyəti qurumlara da müraciət etmişik", - şikayətçilərdən biri söyləyib.
Digər bir vətəndaş isə belə deyib: "Nə vaxt maaşımı istəsəm, yalandan "ödəyəcəyik" deyirlər. Üç uşağım var, onları necə saxlayım?!"
Sözügedən restoranın rəhbəri Ayxan Möhbalıyev isə əməkdaşların maaşlarının bu ay ərzində ödəniləcəyini bildirib.
Qeyd edək ki, "Nəqşicahan Holdinq"in tərkibində fəaliyyət göstərən bu məkan sonralar Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurasının balansına keçib. Artıq bir müddətdir ki, özəlləşdirilən "Batabat" MMC fəaliyyətini müstəqil şəkildə davam etdirir.
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Naxçıvan-Bakı avtobus reysində yük problemi - Sərnişinlərdən ŞİKAYƏT
Vətəndaşlar Naxçıvan-Bakı reysində bəzi sərnişinlərin yüklərini avtobusların salonlarına yığmasından şikayətlənirlər. Onların sözlərinə görə, belə hallar tez-te...