Naxçıvanda 3 ayda qida zəhərlənməsi ilə bağlı 98 müraciət qeydə alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasında (MR) 2026-cı ilin ilk üç ayı ərzində qida zəhərlənməsi ilə bağlı 98 müraciət daxil olub.
Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, daxil olan müraciətlər əsasında araşdırmalar aparılıb və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Bildirilib ki, zəhərlənmə hallarının böyük əksəriyyəti məişət şəraitində baş verib. Belə ki, hadisələrin təxminən 80 faizi əsasən ev şəraitində konservləşdirilmiş pomidor, xiyar turşusu, çiriş bitkisi və istifadə qaydalarına düzgün əməl olunmayan digər qida məhsullarından qaynaqlanıb.
Eyni zamanda, yoxlamalar zamanı insan həyatı və sağlamlığı üçün təhlükə yaradan nöqsanlar aşkarlanıb, 1 qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb. Nöqsanlar aradan qaldırıldıqdan sonra həmin obyektin fəaliyyəti bərpa olunub.
Restoran və kafelərdə aparılan nəzarət tədbirləri çərçivəsində isə 17 ictimai iaşə müəssisəsində sanitar-gigiyenik norma və qaydaların pozulduğu müəyyən edilib.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...