Naxçıvan və Şərurun bəzi ərazilərində qaz olmayacaq
Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun və Naxçıvan şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar olaraq saat 10:00-dan işlər yekunlaşanadək Şərur rayonunun Axaməd, Maxta və Kərimbəyli kəndlərinin, saat 14:30-dan işlər yekunlaşanadək Naxçıvan şəhərinin Əliabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Bakıda axşam konsertləri davam edir
Ötən həftədən etibarən Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli tə...