"Naxçıvan" TV-nin sədr müavini işdən azad edilib
Yeniliklərdən dərhal xəbərdar olun
"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İlhamə Novruzova vəzifəsindən azad edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov iyulun 23-də müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, iyulun 22-də "Naxçıvan" TV-nin İdarə Heyəti sədrinin müavini Xaliq Babayev də vəzifəsindən azad edilib.
Digər bir sərəncamla Vüsal Muradov "Naxçıvan" TV-nin sədr müavini təyin olunub.
QSC-nin İdarə Heyətinə sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Vüsal Muradova həvalə olunub.
Oxşar xəbərlər
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi dəyişdirilmədən saxlanılıb. Belə ki, uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi is...