Naxçıvan sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR
"Dövlət Turizm Agentliyi tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində iki turist kəndinin yaradılması nəzərdə tutulub".
Bu sözləri BAKU.WS-in müxbirinə Dövlət Turizm Agentliyinin (DTA) şöbə müdiri Elgün Cavadov mediatur çərçivəsində bildirib.
Agentlik rəsmisi əlavə edib ki, bu, növbəti ildə layihələndiriləcək və ondan sonrakı illərdə dövlət vəsaiti ayrılacağı təqdirdə həmin kəndlərdə turizm infrastrukturunun qurulması nəzərdə tutulur:
"Ümumilikdə Naxçıvanda yeni dövlət proqramında nəzərdə tutulan bəzi işlərin görülməsi var. Bura müxtəlif parkların salınması və digər məsələlər daxildir. Naxçıvan Regional Turizm İdarəsi yarandığına görə gələcəkdə bu məsələlərin hansı hissəsinin Dövlət Turizm Agentliyi tərəfindən icra olunacağı dəqiqləşdiriləcək".
Orxan Hüseyn
Oxşar xəbərlər
Taksi kartı haradan alınıbsa, sürücü yalnız orada işləyəcək?
Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alınırsa, sürücü yalnız həmin yərdə işləyə bilər. BAKU.WS xəbər verir ki, bununla bağlı məlumat sosia...