Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub
27
iyl
2026
16:32
Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası (MR) ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Naxçıvan MR Baş naziri Cabbar Musayev bununla bağlı sərəncam imzalayıb.
Muxtar respublikanın ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Ü.Hacızadəni nazirliyin kollektivinə təqdim edib.
Bu dövrə qədər Ülvi Hacızadə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geologiya və Mineral Xammmal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.
Oxşar xəbərlər
DİQQƏT! - Bu ərazilərdə 100 manat, 2 bal CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ
Bakıda iki yolda nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil olunur. Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərba...