Naxçıvanlılar Yeni ili Vasif Talıbovsuz belə qarşıladılar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan əhalisi 30 ilə yaxın müddət ərzində ilk dəfə olaraq Yeni ili Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsində olmadığı şəraitdə qeyd ediblər.
Naxçıvanlılar 2023-cü ili musiqi sədaları altında rəqs edərək böyük coşqu ilə qarşılayıblar.
Qeyd edək ki, dekabrın 21-də Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindən azad edilməsi dair rəsmi qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.
Xatırladaq ki, V.Talıbov 1995-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsini tutub.
Oxşar xəbərlər
Vasif Talıbovun vəzifəsi bu şəxsə KEÇƏCƏK - FOTO
Bu saatlarda Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin iclası keçirilir. İclasa Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun sədrlik etdiyi bildirilir....