Naxçıvanda müşavirə keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilir.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən müşavirənin gündəliyində duran əsas məsələ təsərrüfat başına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələrin müəyyən edilməsidir.
Müşavirədə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Prezident administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini İbrahim Mustafayev, Azərbaycan Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov və Azərbaycan Dövlət Statistika Komitəsinin şöbə müdiri Gündüz Məmmədov iştirak edirlər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...