Naxçıvanda daha bir qurumda yoxlamalara başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində yoxlamalara başlanılıb.
BAKU.WS xəbər verir ki, Naxçıvan kənd təsərrüfatı nazirinin müavini Fikrət Həsənov məlumatı apa-nın yerli bürosuna təsdiq edib.
O bildirib ki, Azərbaycan Respublikası Hesablamalar Palatasının 2023-cü il iş planına əsasən, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi aparılır.
Yoxlamalar 1 yanvar 2022-ci il tarixdən 1 yanvar 2023-cü il tarixinədək olan dövrü əhatə edir. Fevralın 15-də başlanan yoxlamalar 18 mart tarixinədək keçiriləcək.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...