Naxçıvan Səhiyyə Nazirliyində yeni təyinat
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Səhiyyə Nazirliyində Təminat mərkəzi yaradılıb.
BAKU.WS unikal-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun imzaladığı əmrə əsasən, qurumun tərkibində yaradılan yeni mərkəzə direktor Elçin Rəfiyev təyin edilib.
Türkiyədə təhsil alan Elçin Rəfiyev bundan əvvəl “Naxçıvanbank”da fəaliyyət göstərib.
Samiq Sadıxovun imzaladığı digər əmrlə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində baş həkimin inzibati işlər üzrə müavini vəzifəsinin müvəqqəti icrası Vüqar Babayevə həvalə edilib.
Qeyd edək ki, Vüqar Babayev buna qədər Naxçıvan Səhiyyə Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...