Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - 17,5 faiz oldu...

Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - 17,5 faiz oldu...
Sosial 959

Naxçıvan Muxtar Respublikasında nağdsız əməliyyatlara görə əlavə dəyər vergisinin qaytarılması məbləği 17,5 faizə qaldırılıb

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu göstərici nağdsız əməliyyatlara görə 15 faizdən 17,5 faizə qaldırılıb.

Nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ötən ilin dekabr ayından pərakəndə ticarət və ya iaşə obyektlərində yeni nəsil nəzarət kassa aparatlarının quraşdırılması ilə paralel olaraq, alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesinə başlanılıb.

Bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV, həmçinin 2022-ci il oktyabrın 1-dən etibarən isə istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Apteklər müştəriyə ƏDV çekini verməkdən imtina edə bilərmi?

Apteklər müştəriyə ƏDV çekini verməkdən imtina edə bilərmi?

Bakıda fəaliyyət göstərən bəzi apteklər müştəriyə ƏDV-nin bir hissəsini geri qaytarılması üçün tələb olunan kassa çekini verməkdən boyun qaçırır. Müştəri çeki t...

311 Sosial 13:03 18 oktyabr 2022

Son xəbərlər