Naxçıvan aeroportunda ciddi sərnişin sıxlığı müşahidə edilir

Naxçıvan aeroportunda ciddi sərnişin sıxlığı müşahidə edilir
Sosial 47

Hazırda Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə edilir.

Bu barədə BAKU.WS-ə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən milli aviadaşıyıcı yay mövsümündə intensiv uçuş cədvəlinə baxmayaraq, sərnişinlərin Naxçıvandan Bakıya daşınması üçün bütün zəruri tədbirləri həyata keçirir. Mövcud vəziyyətin həlli məqsədilə Naxçıvana əlavə təyyarələr göndəriləcək ki, bu da sərnişinlərin Bakıya çatdırılmanı sürətləndirməyə imkan verəcək.

Bu gün bu marşrut üzrə yüksək tələbatı nəzərə alaraq, aviaşirkət 12 reys həyata keçirəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər