NASA-nın mükafatlandırdığı azərbaycanlı məktəbli kimdir? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-da təhsil alan həmyerlimiz NASA tərəfindən beynəlxalq sertifikata layiq görülüb.
BAKU.WS-in "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Minnesota ştatında yaşayan 6-cı sinif şagirdi Sevda Məmmədovanın çəkdiyi rəsm "Tələbə Kosmik Uçuş Təcrübələri Proqramı" çərçivəsində 13-cü missiyada iştirak edən "Astronavtlar üçün sənət" yarışmasında qalib gəlib.
23 min 117 şagirdin arasından seçilən Sevda sertifikatla mükafatlandırıb. Həmyerlimizin çəkdiyi rəsm əsəri beynəlxalq kosmik mərkəzin 13-cü missiyasında iştirak edən astronavtların geyiminin üzərində yer alıb.
Sevda uğurunu Azərbaycana həsr etdiyini deyir.
Oxşar xəbərlər
ABŞ-da azərbaycanlı məktəbli NASA tərəfindən beynəlxalq sertifikat alıb - FOTO
ABŞ-da yaşayan azərbaycanlı məktəbli NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) tərəfindən beynəlxalq sertifikata layiq görülüb. BAKU.WS “Report”a istinadən xəb...