Nar suyunu çox içmək təhlükəlidirmi?
Yeniliklərdən dərhal xəbərdar olun
Nar suyunun həddindən artıq qəbulu sağlamlıq üçün risk yarada bilər.
BAKU.WS xəbər verir ki, mütəxəssislər bildirirlər ki, nar antioksidantlarla zəngin olsa da, onun suyunu normadan artıq içmək bəzi fəsadlara səbəb ola bilər. Xüsusilə şəkərli diabetdən əziyyət çəkən şəxslərə nar suyunu ölçülü şəkildə istifadə etmək tövsiyə olunur, çünki meyvənin tərkibində təbii şəkərin miqdarı kifayət qədər yüksəkdir.
Həkimlərin sözlərinə görə, nar suyunun çox içilməsi mədə turşuluğunu artıra, həzm sistemində narahatlıq yarada və qan təzyiqini aşağı sala bilər. Buna görə də, ürək-damar xəstəlikləri və aşağı təzyiq problemi yaşayan şəxslər içkini həkim məsləhəti ilə qəbul etməlidirlər.
Mütəxəssislər nar suyunun faydalarını inkar etmirlər, lakin gündə yarım stəkanın kifayət etdiyini, daha çox miqdarın isə orqanizmdə yük yarada biləcəyini bildirirlər.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...