Müzakirəyə səbəb olan yol nişanı ilə bağlı RƏSMİ AÇIQLAMA

Müzakirəyə səbəb olan yol nişanı ilə bağlı RƏSMİ AÇIQLAMA
Açıqlama
Sosial 160

"Son zamanlar sosial şəbəkələrdə müzakirə olunan 5.53 məlumatverici yol nişanı ilə bağlı diqqətə çatdırmaq istərdim ki, bu nişanla təchiz edilmiş yolayrıclarında nəqliyyat vasitələrinin davamlı şəkildə sağa dönməsinə icazə verilir".

BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

Onun sözlərinə görə, sözügedən yol nişanı hərəkətin fasiləsizliyinin təmin edilməsi, süni tıxacların qarşısının alınması və yolun buraxıcılıq qabiliyyətinin artırılması məqsədi ilə tətbiq olunur:

"Eyni zamanda xüsusi olaraq vurğulanmalıdır ki, 5.53 yol nişanı sürücüyə üstünlük hüququ vermir. Bu nişanın mövcudluğu sağa dönən sürücünü digər yol hərəkəti iştirakçıları qarşısında məsuliyyətdən azad etmir və diqqətli davranmaq öhdəliyini aradan qaldırmır.

Müzakirəyə səbəb olan yol nişanı ilə bağlı RƏSMİ AÇIQLAMA

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, 5.53 nişanı tətbiq edilmiş yolayrıcında sağa dönən sürücü yolayrıcına digər istiqamətlərdən hərəkət edən nəqliyyat vasitələrinə, eləcə də dönmə zamanı hərəkətinə icazə verilmiş piyadalara mütləq şəkildə yol verməlidir. Bu tələblərə riayət olunması yolayrıclarında qəza riskinin azaldılmasına və ümumi hərəkətin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.

Nəzərə almaq lazımdır ki, hər bir yol nişanı yollarda nizamlı hərəkətin təmini və təhlükəsizlik məqsədi ilə tətbiq olunur. Yol nişanlarının düzgün anlaşılması və onların tələblərinə əməl edilməsi yollarda qarşılıqlı hörmətin, nizamlı hərəkətin və ən əsası insan həyatının qorunmasının əsas şərtlərindən biridir".

Son xəbərlər