MÜTDA-dan bağçalarda qidalanma ilə bağlı AÇIQLAMA

MÜTDA-dan bağçalarda qidalanma ilə bağlı AÇIQLAMA
Sosial 108

"Bundan sonra 500 bağçada təlim keçiriləcək".

BAKU.WS xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

O, bildirib ki, bağçalar hər il tədris resursları ilə təmin olunurlar. Biz oyuncaqla bağlı siyasət sənədi hazırladıq. Bu o deməkdir ki, hansı yaş qruplarına neçə növ və neçə ədəd oyuncaq verilməlidir. Bu il bağçalar sözügedən meyarlara uyğun oyuncaqlarla təmin olundu.

"Ən prioritet digər məsələ isə qidadır. Uşaqların gündəlik qidalanması vahid menyu əsasında keçirilir. Biz iki ildir ki, AQTA ilə əməkdaşlıq edirik. Onlar bizim qida ilə birbaşa təmasda olan işçilərimizlə təlim keçiriblər. İndiyədək 1600 şəxsə təlim keçirilib. Bundan sonra 500 müəsisədə təlim, seminar və yerində məsləhətləşmələr olacaq".

Banu Hüseynli

Oxşar xəbərlər

Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq keçirilib

Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq keçirilib

Bakıda 8 Noyabr - Zəfərin beşinci ildönümünə həsr olunmuş atəşfəşanlıq keçirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, Zəfər Günü ölkəmizin bütün bölgələr...

3484 Sosial 23:10 08 noyabr 2025

Son xəbərlər